XÜSUSİ
TEXNİKA
Şirkətin Mexanizasiya və Nəqliyyat İdarəsi malik olduğu müasir maşın və mexanizmlər parkı sayəsində daxili və beynəlxalq layihələr üçün ağır tonnajlı yükləri daşımaq iqtidarındadır. Yüklərin daşınması, eləcə də yükləmə və boşaltma üçün kran-manipulyatorla təchiz olunmuş nəqliyyat vasitələri bu proseslərdə müəssisəyə daha çevik hərəkət etməyə imkan verir.
ATEF dəmir yolu kontakt şəbəkəsi və yüksək gərginlikli EHX-lərin quraşdırılması işləri daxil olmaqla, dəmir yollarının tam elektrikləşdirilməsi üçün xüsusi avadanlıq və texniki imkanlara malikdir:
-
EHX və dəmir yolu kontakt şəbəkəsi naqillərinin quraşdırılması üçün xüsusi təyinatlı maşınlar
-
Lokomotiv və drezinalar
-
Yüksək kateqoriyalı sərt ərazilərdə (bazalt) qazma-dalama işləri apara bilən çoxfunksiyalı universal maşınlar
-
Ekskavatorlar, buldozerlər, kranlar, quraşdırma qüllələri, təkər və relslər üzərində hərəkət edən platformalar
-
Torpağın sıxılması üçün komparatorlar və s.
Bu tip müasir maşın və mexanizmlərin və yüksək ixtisaslı mütəxəssislərmizin olması bizə çətin relyeflərdə belə, ən mürəkkəb layihələri qısa müddətdə icra etməyə imkan verir.