top of page
0.JPG

RWS X4 ATEF

Keçən əsrdə geniş yayılmış rele sxemlərinin istifadəsinə əsaslanan siqnalizasiya sistemi avadanlığı bugün də dünyanın bir çox ölkələrində dəmir yolu nəqliyyatında və metropolitendə fəaliyyət göstərməkdədir.

Bu cihazlar köhnəlir. İstifadə də olan bəzi modullar isə artıq istismardan çıxarılıb. Beləliklə, bu sistemlərin istismarı getdikcə daha da çətinləşir, etibarlılıq və təhlükəsizlik isə ildən-ilə aşağı düşür.

Yeni mikroprosessorlu mərkəzləşmə və avtobloklama sistemləri yüksək texniki göstəricilərə malik olmalarını təsdiqləyiblər. Öz növbəsində, belə sistemlərin işlənib hazırlanması və istehsalı zamanı prosedurların mürəkkəbliyi (təhlükəsiz olmalarının sübutu üçün) onların həyat dövrünün dəyərinin artmasına səbəb olur. Ümumiyyətlə, dəmir yolunun inkişafındakı hətta kiçik dəyişikliklər belə, istismar və konfiqurasiya korreksiyası zamanı bir qayda olaraq istehsal şirkətinin iştirakını tələb edir və sifarişçi üçün baha başa gəlir.

ATEF şirkətlər qrupu RWSx4 kompleks sistemini Sizin diqqətinizə təqdim edir. Konfiqurasiya və sınaq proseslərinin çevikliyi və yüksək səviyyədə avtomatlaşdırılması sayəsində sistem dəmir yolu nəqliyyatında qəbul edilmiş ciddi təhlükəsizlik tələblərinə qeyd-şərtsiz cavab verir. Bununla belə, maya dəyərinin, istehsal və konfiqurasiya vaxtının əhəmiyyətli dərəcədə azaldılması, etibarlılığının isə artırılması təmin edilir.

 

RWSx4 – TAM SİSTEM KOMPLEKTİ

ILx4

HIMax platforması əsasında reallaşdırılan mikroprosessorlu mərkəzləşmə sistemi ən sərt tələblərlə funksional təhlükəsizliyə və elektromaqnit uyğunluğa kritik tətbiqlərdə idarə edilən obyektlərə nəzarəti təmin edir.

LXx4

HIMatrix platforması əsasında avtomatik keçid siqnalizasiya sistemi. HIMatrix platforması SIL4 təhlükəsizlik səviyyəsilə SafeEthernet kanalları üzrə təhlükəsizliklə əlaqəli daxili quraşdırılmış məlumat mübadiləsi vasitələri olan obyektlərin distant sistemlərlə idarə edilməsi üçün çevik həlldir.

BSx4

Mikroprosessorlu mərkəzləşmə sisteminə inteqrasiya imkanı olan və ya ayrıca müstəqil sistem kimi istifadə edilə bilən avtomatik bloklama sistemi.

OCx4

Obyekt kontrolleri sistemi yoldəyişənləri, svetoforları, yol sahələrinin yüklənməsi nəzarətini, rels xəttlərinin bütövlüyünü və FALİ-nin kodlaşmasını təmassız idarə edilməsi avadanlıqları ilə birləşdirir. Həmçinin, MPM və ya AB idarəetmə sistemilə rəqəmsal interfeysi təmin edir.

PCx4

Enerji təchizatı sistemi – quraşdırılmış diaqnostika və monitorinq vasitələri ilə siqnalizasiya sistemləri və cihazlarının fasiləsiz enerji təchizatını təmin edir.

LCx4

Yerli idarəetmə sistemi – yerli idarəetmə postlarının stansiyalarda manevr işlərinin təşkili üçün nəzərdə tutulub.

TMx4

Dəmir yolu sahələrində qatarların hərəkətinə dispetçer nəzarətinin yüksək səviyyədə avtomatlaşdırılmasına malik dispetçer idarəetmə və nəzarət sistemi.

DMx4

Diaqnostika və nəzarət (monitorinq) sistemi kompleksə daxil olan bütün sistem və komponentlərin diaqnostik məlumatlarının toplanması, təhlili və arxivləşdirilməsini təmin edir.

MYx4

Çeşidləmə stansiyalarının mərkəzləşdirmə sistemi.

 

ƏSAS PARAMETRLƏR VƏ XÜSUSİYYƏTLƏR

Kompleks, həm ayrı bir obyektdə, həm də istənilən uzunluqlu bir hissədə dəmir yolu hərəkətinin təşkilini təmin edən tam funksional sistemlər toplusudur.

Kompleks daxili sistemlərin qarşılıqlı əlaqəsi rəqəmsal kanallar vasitəsilə həyata keçirilir.

Kompleksin daxili sistemləri, tələbatdan asılı olaraq, həm müstəqil, həm də istənilən kombinasiyada istifadə edilə bilər.

Təhlükəsizlik səviyyəsi – SIL4;

Avadanlığın rezervlənməsi – bütün səviyyələrdə, o cümlədən obyekt kontrollerləri səviyyəsində (sifarişdən asılıdır);

Bir sikl dövrü – 250 msan (ehtiyac olduqda 100 msan qədər azaldıla bilər);

Mərkəzi kontrollerin idarəetmə və nəzarət obyektlərinin sayı bir komplekt üçün – 1000-ə qədər (təxmini ekvivalent – bir stansiyaya 150 yoldəyişən);

Diaqnostika - Kompleksin bütün səviyyələrini əhatə edir və məlumatları qrafik, cədvəl və mətn formatlarında təqdim edir;

AİY diaqnostikası – planşet və ya mobil telefona proqram təminatının quraşdırılması mümkün olan stasionar kompüterdir;

Qonşu sistemlərlə təhlükəsizliklə əlaqəli məlumatların mübadiləsi üçün kanal – təkrarlanan SafeEthernet (SIL4) kanalı.

bottom of page