top of page
0.jpg

REAKTORLAR

Binadaxili və açıq havada quraşdırıla bilən, müxtəlif təyinatlı reaktorlar, o cümlədən,  cərəyan məhdudlaşdırıcı, şuntlama, dalğa düzləndirici və süzgəc-filtr reaktorları yarımstansiyalarda, eləcə də yüksək cərəyan dövrələrində qısaqapanmalar zamanı avadanlıqları cərəyanın elektrodinamiki təsirindən qorumaq üçün nəzərdə tutulub. 
 

Reaktorlar birpilləli və ikipilləli şəkildə, vertikal (üst-üstə) və ya horizontal (yanaşı),  olaraq dizayn edilir və bağlantı termalları sifarişçi tələbinə görə 90, 180, 270 və 360 dərəcə bucaq altında ola bilər.
 

Tələbdən asılı olaraq, komplektə keramik və ya kompozit dayaq izolyatorları daxil edilir. Reaktorların quraşdırılması beton təməllərdə və ya dayaqlarda mümkündür.

bottom of page