top of page
keyfiyyet.JPG

Keyfiyyət

ATEF Şirkətlər Qrupu təklif etdiyi məhsulların keyfiyyətinə istehsalın bütün mərhələlərində ciddi şəkildə nəzarət edir. Nəticədə məhsullar IEC, EN, QOST və s. kimi beynəlxalq sertifikatlaşdırma standartlarına cavab verir.

Təcrübəli və peşəkar texniki heyətimiz enerji və avtomatlaşdırma texnologiyaları sahəsində ən son nailiyyətlərdən istifadə edir. Bu, qlobal enerji bazarı üçün müasir həllərin hazırlanmasına diqqət yetirməyə imkan verir.

Məhsullarımızda istifadə etdiyimiz material və komponentlər AK Steel, Nippon Steel, POSCO, Röchling Group, Weidmann, MIDEL, Nynas, Himax, Zenon və s. daxil olmaqla, yalnız effektivliyi və etibarlılığı ilə seçilən nüfuzlu dünya şöhrətli istehsalçılar tərəfindən təmin olunur.

Şirkətimiz məhsullarının uzun illər müxtəlif şərtlərdə, hətta sərt iqlim şəraitində də funksionallığına zəmanət verir.

bottom of page