top of page

İlham Əliyev “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib.

Yarımstansiyada ATEF Şirkətlər Qrupunun istehsal etdiyi və quraşdırdığı 2 ədəd 63 MVA gücə və 110/35/6 kV gərginliyə malik transformatorlar da yer alıb.

Qeyd edək ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparılıb.

Yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub. Xüsusi layihə əsasında yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb.

bottom of page