top of page

ATEF istehsalı olan 250 MVA gücündə avtotransformator istismara verilib


ATEF Şirkətlər Qrupu AzərEnerji ASC-nin sifarişi əsasında strateji əhəmiyyətli enerji obyekti olan 330/220/110/10 kV-luq “Yaşma” yarımstansiyası üçün iki ədəd avtotransformatorun istehsalını başa çatdırıb.

Artıq 250 MVA gücündə 330/110/10 kV-luq birinci transformator istismara verilib. Şirkətin mütəxəssisləri tərəfindən həyata keçirilən ikinci transformatorun quraşdırılma işləri isə davam etdirilir.

Qeyd edək ki, Xızı rayonunda yerləşən “Yaşma” yarımstansiyası Abşeron yarımadasının və Azərbaycanın şimal-şərq rayonlarının enerji təchizatında böyük əhəmiyyətə malikdir. Rusiya və Azərbaycan enerji sistemləri arasında yük mübadiləsini həyata keçirən mühüm düyün nöqtəsi olan yarımstansiya 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurmuşdu.

bottom of page