top of page

Üstünlüklərimiz

Şirkətimizin tərəfdaşları üçün əsas üstünlüyü layihənin hər bir mərhələsində öz məhsullarından istifadə edərək, hazır həllər təklif etməsidir. Bu da sifarişçiyə layihələndirmə və istehsaldan tutmuş, quraşdırma və sazlama işlərinə qədər vahid təchizatçı ilə işləmək, beləliklə, rəqabət üstünlüklərini təmin etmək və ümumi xərcləri azaltmaq imkanı verir.

Təcrübə, məsuliyyət, peşəkar heyət və müasir texnologiyalar məhsullarımızın keyfiyyətinin təminatçısıdır. Biz fəaliyyət sahəmizi genişləndirməkdə davam edəcəyik və bu ənənəni yeni nəsillərə ötürəcəyik.

Şirkətin hər bir əməkdaşı öz davranışlarına görə məsuliyyət daşıyır - bu yanaşma müştərilərimizin və təchizatçıların bizə olan etibarını və hörmətini qoruyur. Ona görə də ixtisaslı kadrlarımızın verdikləri töhfəni yüksək qiymətləndiririk. Hər bir layihənin səmərəli həyata keçirilməsində onların rolu əvəzsizdir.

Tətbiq etdiyimiz ən müasir texnologiyalar bizə qlobal bazarda digər istehsalçılarla inamla rəqabət aparmağa imkan verməklə yanaşı, şirkətin uğurlarının və böyüməsinin təminatçısıdır.

İstehsalın hər mərhələsində keyfiyyətə ciddi nəzarət olunur. İstehsal etdiyimiz avadanlıqlar IEC, EN və QOST tərəfindən müəyyən edilmiş sertifikatlaşdırma standartlarına uyğundur. Nəticə etibarı ilə ATEF, məhsullarının uzun illər - hətta sərt iqlim şəraitində də funksionallığına zəmanət verir.

 

ATEF Şirkətlər Qrupu 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun (BTZ) bazasında qurulub. Müəssisə keçmiş SSRİ məkanında müttəfiq respublikaları əsasən quru tip paylayıcı transformatorlarla təchiz edib.

1997-ci ildən təkmilləşməyə başlayan zavod çoxsaylı bölmələrə malik böyük sənaye qurumuna - ATEF Şirkətlər Qrupuna çevrilib. Mərkəzi ofisi Bakıda yerləşən şirkət hazırda yalnız Azərbaycanın deyil, onlarla ölkənin enerji təminatında yaxından iştirak edir.

Şirkət tərəfindən həyata keçirilən yenidənqurma işlərindən dərhal sonra yağlı tip transformatorların, eləcə də yeni nəsil GEAFOL izolyasiyalı quru tip transformatorların istehsalına sərmayə qoyulub. Güc transformatorları, yüksək və orta gərginlikli elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşan şirkət sənaye, dəmir yolu, energetika və digər sahələr üzrə hazır eksklüziv həllər təklif edir.

Şirkət hazırda transformator, reaktor, paylayıcı qurğular, yarımstansiya komponentlərini, dəmir yolu kontakt şəbəkəsi detalları da daxil olmaqla, müxtəlif çeşidləri bazara çıxarır. ATEF-in qüsursuz keyfiyyətə malik məhsulları ən müasir texnologiyalarının, eləcə də yüksək ixtisaslı kadrların əməyi nəticəsində ərsəyə gəlir. 

bottom of page