top of page
0.JPG

YÜKSƏK GƏRGİNLİKLİ AVADANLIQLAR ZAVODU

ATEF Şirkətlər Qrupunun  ən müasir müəssisələrindən biri olan Yüksək Gərginlikli Avadanlıqlar Zavodunun rəsmi açılışı 2018-ci ildə baş tutub.

Müəssisə dəmir yolu, metro və enerji sektorları da daxil olmaqla, bir sıra sahələr üçün geniş çeşidli kommutasiya avadanlıqları istehsal edir:

  • Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər olan, stasionar və hərəkətli vakuum açarları

  • Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər olan eleqaz (SF6) açarları

  • Gərginliyi 330 kV-ya, cərəyanı 3200 A qədər xarici tip ayırıcılar elektrik və mexaniki intiqallı. Ayırıcıların dayaq izolyatorları müştəri tələbinə uyğun olaraq keramik və ya polimer ola bilər

  • Dönər ayırıcılar (daxili quraşdırma üçün, mexaniki kilidləməli)

  • Qısaqapayıcılar (yüksək gərginlikli güc transformatorlarının neytralının torpaqlaması üçün)

  • Dəyişən və sabit cərəyan dövrələri (AC, DC) üçün qısaqapayıcılar

  • Ayırıcıların və torpaqlayıcıların idarəetmə şkafları

Bütün məhsullar sifarişçiyə göndərilmədən öncə beynəlxalq standartlara uyğun mexaniki və elektrik sınaqlarından keçir.

bottom of page