top of page
0.jpg

METAL KONSTRUKSİYA ZAVODU

2011-ci ildə fəaliyyətə başlayan Metal Konstruksiya Zavodu ATEF Şirkətlər Qrupunun öz vəsaiti hesabına inşa edilib.

​

Müəssisədə quraşdırılan ən müasir texnoloji xətlər və avadanlıqlar metalların hər növ emalı üçün, o cümlədən, düz və həcmli hissələrin plazma kəsimi, mişarlama, doğrama, deşmə, avtomat və yarımavtomatik rejimlərdə qoruyucu qaz altında qaynağı kimi geniş çeşidli texnoloji əməliyyatlar aparmağa imkan verir.

​

Bu tip avadanlıqlar sırasına aşağıdakılar aiddir:

  • Metalların ilkin təmizlənməsi üçün yüksək təzyiqli qumlama xətti

  • Beş başlıqlı qazla kəsmə avadanlığı (100 mm qalınlığa qədər)

  • Dvutavr, şveller və künclüklərin avtomatik qaynaq xətləri

  • U profil (şveller) əymə xətti

  • Z profillərinin istehsalı xətti

  • EHX dirəkləri üçün avtomatik kəsmə-deşmə xətti

  • Diametri 650 mm qədər olan boruların fiqurlu kəsilməsi üçün avadanlıq

  • Lazer kəsimi

  • Plazma kəsimi

  • Gilyotin qayçı

  • Koordinatlı deşmə dəzgahı

  • Əymə dəzgahı

  • Qumlama və rəngləmə kabinələri və s.

​​

Metal Konstruksiya zavodunun əsas üstünlüklərindən biri də  müəssisədə uzunluğu 14 m-ə qədər olan qaynar sinkləmə xəttinin olmasıdır.

​

bottom of page