top of page
0.JPG

TÖKMƏ MƏMULATLARI ZAVODU

ATEF Şirkətlər Qrupunun ən vacib və çoxsahəli  müəssisələrindən biri də Tökmə Məmulatları Zavodudur. Zavodda qara və əlvan metallarin, eləcədə müxtəlif tərkibli metal qarişıqların ərintilərindən olan detallar hazırlanır.

Polad, çuqun, alüminium, mis, bürünc, latun, eləcə də digər metal və ərintilərdən istehsal olunan geniş çeşidli detallar dəmir yolu kontakt şəbəkəsi, yüksək gərginlikli elektrik hava xətləri (EHX) armaturları, açıq paylayıcı qurğuların (APQ) şin bağlantı elementləri və bu kimi müxtəlif sahələrdə istifadə edilir.  

 

Detallar tökmə, qaynar və soyuq döymə-kəsmə üsulu ilə hazırlanır.

Zavodda mövcud olan, kokil tökmə ( polad, çuqun və qum qəliblərlə), eləcə də təzyiq altında tökmə (alçaq və yüksək təzyiqlə) kimi klassik texnologiyalardan istifadə edilir. Bunun üçün zavodda müxtəlif tutumlu induktiv və rezistiv əritmə sobaları, saxlama sobaları, həmçinin avtomatlaşdırılmış tökmə avadanlıqları quraşdırılıb. Bu sıraya İtaliya istehsalı olan ITALPRESS robotlu tökmə avadanlığı, ALU-03 tipli tökmə avadanlığı, TERMOLIT markalı ərimə sobaları, Türkiyə istehsalı olan isitməli qum qəlib (Şell maça), hazirlama presləri, müxtəlif kokil qəlibləri və hidravlik preslər, eləcə də Çin istehsali olan avtomatlaşdırılmış Al boru çəkmə xətləri daxildir.

Bu gün zavodumuzda ənənəvi tökmə metodları ilə yanaşı müasir tökmə texnologiyası olan qazlaşma modelli tökmə (Lost-Foam və ya LQM) metodu da mövcuddur. Bu texnologiya bizə geniş texniki imkanlar və istehsal üstünlükləri verir:

  • Növbəti emalın xərcini azaldır

  • Tökmə məmulatının stabil keyfiyyətini təmin edir

  • Mürəkkəb konfiqurasiyalı hissələrin tez hazırlanmasına imkan verir

  • İstehsal prosesinin kompaktlığını təmin edir

  • Zərərli qaz tullantılarını azaldır və ekologiyanı qoruyur

Hazırda inkişaf etmiş ölkələrdə bütün tökmə məhsullarının 30 %-ə  qədəri məhz bu üsulla istehsal olunur. Lost-Foam və ya LQM texnologiyası demək olar ki, tullantısızdır və tərkibində müxtəlif kimyəvi qətranların olduğu çox sayda material tələb etmir.

Zavod həmçinin mis və alüminiumdan düzbucaqlı və boru şəkilli, eləcə də izolyasiyalı şinlər istehsal edir. Şinlər sifarişçinin tələbinə görə müxtəlif konfiqurasiyalı ola bilər.

Müəssisənin fəaliyyəti bütün ekoloji standartlara uyğundur.

bottom of page