top of page
0.jpg

DƏQİQ MEXANİKİ EMAL ZAVODU

ATEF Şirkətlər Qrupu tərəfindən istehsal olunan məhsulların, xüsusilə də, tökmə və döymə metodu ilə hazırlanan detalların miqdarı, çeşidi və mürəkkəbliyi, çoxlu sayda qəlib və ştamplar tələb edir.

Bu məqsədlə şirkət tərəfindən 2018-ci ildə Dəqiq Mexaniki Emal Zavodu istismara verilib. Müəssisədə Yaponiya istehsalı olan MAZAK və MITSUBISHI kimi firmaların çoxkoordinatlı CNC dəzgahları, tel erozyon və elektro erozyon dəzgahları, eləcə də bir sıra müasir mexaniki emal avadanlıqları quraşdırılıb. Bu da şirkətə ən mürəkkəb formaları belə, istehsal etməyə və istənilən həcmdə sifarişləri qısa müddətdə yüksə dəqiqliklə yerinə yetirməyə imkan verir.

Məhsul çeşidləri:

  • Kokil tökmə üçün qəliblər

  • Ekstruziya qəlibləri və press-formalar

  • Mürəkkəb formalı filerler

  • Döymə və əzmə ştampları

  • Dişli, pilləli və frezli vallar

  • Dişli çarxlar

  • Sonsuz, silindrik və konik vintlər

  • Alət detalları və s.

İstehsalın bütün mərhələlərində davamlı keyfiyyətə nəzarət beynəlxalq standartlara cavab verən məhsullar hazırlamağımıza imkan verir.

bottom of page