top of page
0.JPG

İRİ QABARİTLİ TRANSFORMATORLAR ZAVODU

Rəsmi açılışı 2016-cı ildə reallaşan müəssisə gücü 800 MVA qədər 525 kV gərginlik səviyyəsinə malik yüksək keyfiyyətli güc transformatorlarının kütləvi istehsalı üçün nəzərdə tutulub.

Zavod SAGMA, GEORG və HEDRIC kimi aparıcı şirkətlərin müasir avadanlıq və istehsalat xətləri ilə təchiz edilib. İstehsalat sahələrində 300 tona qədər yük götürmə qabiliyyətinə malik DEMAG körpü kranları, həmçinin 500 tona qədər ağırlığı olan hissələri daşıya bilən hava yastıqları quraşdırılıb.

Əsas istehsal üçün nəzərdə tutulmuş texnoloji xətlərlə yanaşı, zavodda quraşdırılmış avtomatik rejimdə işləyən vakuum sobaları sarğıların ön qurutma və sıxışdırma (sarğı boylarının tənzimlənməsi) prosesini sürətləndirir və izolyasiya müqavimətinin də effektiv şəkildə artmasına kömək edir.

Transformatorların aktiv hissələrini qurutmaq istifadə edilən solvent buxarlı güclü vakuum sobaları qurutma müddətinin əhəmiyyətli dərəcədə azalmasına və məhsulun keyfiyyətinin daha da yüksəlməsinə imkan verir.

Zavodda iri qabaritli güc transformatorlarından əlavə, 110 kV-dan 220 kV-a qədər dəyişən cərəyan və gərginlik ölçü transformatorlarının istehsalı da həyata keçirilir. Almaniyanın HIGH VOLT firmasının avadanlıqları ilə təchiz edilmiş müasir sınaq laboratoriyası bütün lazımi testləri yüksək dəqiqliklə aparmağa imkan verir və nəticədə məhsulların bütün parametrlərinin standartlara uyğunluğunu təmin edir.

bottom of page