BƏRK İZOLYASİYA ZAVODU
Yüksək gərginlikli güc transformatorların konstruksiyasında izolyasiya materiallarının payı transformatorun ümumi kütləsinin təxminən 7-8%-ni təşkil edir. Ona görə də yağlı tip güc transformatorlarının və reaktorların etibarlılığı və uzunömürlülüyü əsasən aktiv hissədəki izolyasiya sisteminin mükəmməlliyindən, xüsusən də bu hissələrin konstruksiyasının düzgün seçilməsindən və izolyasiya materiallarının keyfiyyətindən asılıdır.
Məhz buna görə ATEF Şirkətlər Qrupunun transformator zavodlarını vaxtında və keyfiyyətli izolyasiya materialları ilə təmin etmək üçün 2018-ci ildə bərk izolyasiya istehsal edən ixtisaslaşmış zavod istifadəyə verilib.
Müəssisədə elektrotexniki kartondan və taxta-yonqar lövhələrdən lazım olan bütün növ bərk izolyasiya detalları istehsal edilir.
Bu detallar siyahısına aid olan çeşidlər:
-
Dolaq üçün silindrlər
-
Dolaq sıxışdırma halqaları
-
Ekranli tutum halqaları
-
Ara qatları və reykalar
-
Maqnit nüvələrinin pillələri üçün oturacaqlar
-
Yüksək gərginlikli boğazlar və dirsəklər
-
Künc şaybaları
-
İzolyasiya üçün yivli çubuqlar və qaykalar
-
Krep kağızından izolyasiya boruları və s.
Zavod güc və paylayıcı transformatorları üçün hər cür izolyasiya hissələr emal edir. Bu məqsədlər üçün müəssisədə yüksək tonnajlı qızdırıcı preslər, müasir qurutma və emal xətləri quraşdırılıb. Proqramla idarə olunan xüsusi çoxkoordinatlı CNC avadanlıqlar izolyasiya hissələrinin ən mürəkkəb konfiqurasiyasını tez və dəqiq şəkildə kəsir. Forma verən və pres dəzgahları istənilən diametrli silindrlər və halqalar istehsal edə bilir.
Zavodun digər sahələrində şirkətin əməkdaşları üçün universal işçi geyimlər, ofis mebelləri, müxtəlif layihələr üçün PVC qapı və pəncərələr kimi məhsullar da hazırlanır.