top of page
Tarix
ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir.
1961-ci ildə Bakıda ilk transformator zavodumuzun fəaliyyətə başladığı gündən etibarən, əsas məqsədimiz premium keyfiyyətli, etibarlı məhsullar istehsal etmək olub. Bu iş prinsipi bu gün də ATEF Şirkətlər Qrupunun biznes-modelində prioritet olaraq qalır.
1961
Elektrik Avadanlıqlarının Təmiri Zavodunun bazasında Bakı Mayesiz Transformatorlar Zavodu (BTZ) təsis edilib
1992
SSRİ-nin süqutundan sonra istehsal prosesi bərpa olunub
1997
Yağlı tip transformatorların istehsalına başlanılıb
2003
BTZ-də yenidənqurma işləri aparılıb və müəssisə ATEF Elektromaş adlandırılıb
2007
ATEF Transformator Zavodu istismara verilib
2011
Metal Konstruksiya Zavodu fəaliyyətə başlayıb
2016
Yeni üç zavod fəaliyyətə başlayıb:
-
İri Qabaritli Transformatorlar Zavodu
-
Kabel Məhsulları Zavodu
-
Tökmə Məmulatları Zavodu
2018
Yeni üç zavod fəaliyyətə başlayıb:
-
Yüksək Gərginlikli Avadanlıqlar Zavodu
-
Dəqiq Mexaniki Emal Zavodu
-
Bərk İzolyasiya Zavodu
bottom of page