top of page
0.jpg

ATEF ELEKTROMAŞ ZAVODU

ATEF Elektromaş Zavodu tarixi köklərə və böyük istehsal ənənələrinə malik bir müəssisədir. İşə Bakı Mayesiz Transformatorlar Zavodu adı altında başlayan zavodun əsası 1961-ci ildə qoyulub.

1992-ci ildə SSRİ-nin süqutundan sonra istehsal prosesi bərpa olunub. Müəssisə 2003-cü ildə modernləşdirilib və ATEF Elektromaş Zavodu adını alıb.

Müəssisə yağlı və quru tip paylayıcı transformatorların, komplekt transformator yarımstansiyalarının (KTP), eləcə də dəmir yolu kontakt şəbəkəsi detallarının və s. məhsulların istehsalı üzrə ixtisaslaşıb.

Zavodda yekun məhsulların komponentlərinin hazırlanması üçün bir sıra vacib sex və istehsalat sahələri mövcuddur. Müəssisədə transformatorların beynəlxalq standartlara uyğun test edilməsi üçün sınaq laboratoriyası da var.

Burada fəaliyyət göstərən tekstolit materialın istehsalı, rezin məmulatları istehsalı, boya istehsalı, elektroliz üsulu ilə sinkləmə və qablaşdırma sexləri, eləcə də metal konstruksiya və alət sahələri kimi bölmələr əsas məhsulun istehsal müddətini və komponentlərin daşınma xərclərini azaltmağa imkan yaradır.

bottom of page