top of page
0_edited.jpg

PAYLAYICI TRANSFORMATORLAR

Məhsul çeşidlərimizə gücü 5000 kVA və gərginlik sinfi 52 kV qədər olan yağlı tip paylayıcı transformatorlar da daxildir. Bu transformatorlar konstruktiv quruluşuna görə hermetik (TMQ), qazla doldurulmuş (TMZ), flans terminallı (TMF) və genişləndirici çənli (TM) tiplərdə istehsal olunur.
 

Sifarişçinin istəyinə uyğun olaraq, gərginlik tənzimləməsi (yüksək gərginlik dolağı  tərəfdə), yük altında (RPN) və yüksüz (PBV) ola bilər. İstehsal etdiyimiz transformatorların dolaqları alüminium və ya mis naqillərdən hazırlanır. İstehlakçının sifarişinə əsasən itkiləri azaldılmış transformatorların da istehsalı mümkündür.
 

Bu transformatorların çənləri əsasən qofralı formada hazırlanır və epoksid əsaslı boya ilə rənglənir. Dənizkənarı ərazilərdə, soyuq və isti iqlim qurşaqlarında, həmçinin neft platformalarında uzun müddətli istifadə üçün qaynar və ya soyuq sinkləmə örtüyü də ola bilər.
 

Şirkət il ərzində 5000-dən çox yağlı tip paylayıcı transformator istehsal etmək gücünə malikdir.

bottom of page