KABEL MƏHSULLARI ZAVODU
ATEF Şirkətlər Qrupu istehsal etdiyi bütün məhsulların, o cümlədən, güc və paylayıcı transformatorların əsas komponentlərinin hazırlanmasını öz müəssisələrində lokallaşdırmağa çalışır. 2016-cı ildə Kabel Məhsulları Zavodunun istismara verilməsi bu yanaşmanın təzahürdür.
Zavod alüminium və misdən hazırlanan bütün növ sarğı naqilləri, qapalı və açıq quraşdırma üçün güc və idarəetmə kabelləri, həmçinin gərginlik sinfi 36 kV qədər olan yeraltı kabellər istehsal edir.
Sarğı naqilləri istifadə təyinatına uyğun olaraq, kağız izolyasiyalı (PB, APB) və ya emal (lak) izolyasiyalı (PETV, PET 155), həmçinin NOMEX izolyasiyalı, polimid-ftoroplast izolyasiyalı (PPIU) və şüşə lifli lak izolyasiyalı (PSD, APSD, PSDTL, APSDTL) kimi adlar altında istehsal oluna bilər. Sifarişçinin istəyi ilə kabellər üçün xüsusi izolyasiya materialından istifadə edilə bilər.
Zavod eyni zamanda, güc transformatorlarının dolaqları üçün transpozisiya olunmuş (CTC) naqillərin istehsalı üzrə də ixtisaslaşıb ki, bu da transformatorların etibarlığını dəfələrlə artırır. İstehsal edilən kabel məhsulları QOST və İEC standartlarına uyğun olmaqla, elektrik avadanlıqları və yanğın təhlükəsizliyi sahəsində bütün sertifikatlara malikdir.
ATEF daim ən yeni texnologiyaları tətbiq edir, avadanlıqları yeniləyir və modernləşdirir, keyfiyyəti artırmaq və xərcləri azaltmaqla məhsulların rəqabət qabiliyyətini yüksəldir.