ATEF TRANSFORMATORLAR ZAVODU
ATEF Transformator Zavodu şirkətin öz vəsaiti hesabına tikilib və 2007-ci ildə istismara verilib. Bir növ inteqrasiya olunmuş istehsal sahəsi olan müəssisə komplekt paylayıcı qurğular, güc və paylayıcı transformatorlar kimi mürəkkəb məhsullar üçün komponentlərin istehsalı üzrə ixtisaslaşıb.
Məhsul çeşidləri:
-
Komplekt paylayıcı qurğular - KRU (0,4 kV; 10 (6) kV; 35 kV gərginlikli)
-
Dəmir yollarının elektrikləşdirilməsi üçün 27,5 kV paylayıcı qurğular
-
Metro üçün 825 V DC və dəmir yolu üçün 3300 V DC paylayıcı qurğular
-
Sabit cərəyan düzləndiriciləri
-
Reaktiv güc kompensatorları
-
Transformatorun neytralının torpaqlama müqaviməti
-
Mühafizə və idarəetmə panelləri
-
SCADA sistemləri
-
Dərinlik nasoslarının idarəetmə stansiyaları
-
Yüksək gərginlik məhdudlaşdırıcıları
-
Ölçü transformatorları
-
Epoksid və polimer izolyatorlar
-
Sarğı naqilləri və ötürücü şinlər
-
Yağli tip transformator üçün qofralı çənlər
-
Güc transformatorları üçün radiatorlar
-
Orta ağırlıqlı sadə metal konstruksiyalar
-
Dəmir yolu kontakt şəbəkəsi detalları
-
Yüksək gərginlikli elektrik hava xətləri (EHX) armaturları
-
Modul tipli binalar və s.