top of page
o nas.jpg

Haqqımızda

ATEF Şirkətlər Qrupu 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun (BTZ) bazasında qurulub. Müəssisə keçmiş SSRİ məkanında müttəfiq respublikaları əsasən quru tip paylayıcı transformatorlarla təchiz edib.

1997-ci ildən təkmilləşməyə başlayan zavod çoxsaylı bölmələrə malik böyük sənaye qurumuna - ATEF Şirkətlər Qrupuna çevrilib. Mərkəzi ofisi Bakıda yerləşən şirkət hazırda yalnız Azərbaycanın deyil, onlarla ölkənin enerji təminatında yaxından iştirak edir.

Şirkət tərəfindən həyata keçirilən yenidənqurma işlərindən dərhal sonra yağlı tip transformatorların, eləcə də yeni nəsil GEAFOL izolyasiyalı quru tip transformatorların istehsalına sərmayə qoyulub. Güc transformatorları, yüksək və orta gərginlikli elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşan şirkət sənaye, dəmir yolu, energetika və digər sahələr üzrə hazır eksklüziv həllər təklif edir.

Şirkət hazırda transformator, reaktor, paylayıcı qurğular, yarımstansiya komponentlərini, dəmir yolu kontakt şəbəkəsi detalları da daxil olmaqla, müxtəlif çeşidləri bazara çıxarır.

 

ATEF-in qüsursuz keyfiyyətə malik məhsulları ən müasir texnologiyalarının, eləcə də yüksək ixtisaslı kadrların əməyi nəticəsində ərsəyə gəlir. 

bottom of page