QAYNAQÇI
(Əl ilə qövs qaynaqçısı (SMAW), Yarım avtomat qaynaqçısı (FCAW, MIG, MAG)
İş yeri:
Bakı şəhəri, Suraxanı rayonu.
Əmək haqqı:
Müsahibənin nəticəsinə uyğun olaraq müəyyən ediləcəkdir.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu.
5 günlük iş həftəsi
Nahar fasiləsi: 12:00-13:00
Nahar müəssisə tərəfindən təmin edilir
Əmək haqqı yüksəkdir.
İş barədə məlumat:
-
Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
-
Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
-
Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir;
-
İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
-
Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
-
Temperatur rejiminə ciddi nəzarət etməlidir;
-
Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s;
-
Qaynaq avadanlıqlarının quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
-
İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir;
-
Qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızdırılma qaydalarını və s. bilməlidir;
-
Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir.
Tələblər:
-
Orta-texniki təhsil;
-
Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
-
Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
-
Azərbaycan dilini sərbəst bilməli.