ATEF Şirkətlər Qrupu” MMC-yə məxsus “RWSx4 ATEF” markalı mikroprosessorlu sistemin “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq sahə mütəxəssisləri üçün təqdimatı keçirilib.
Tədbirlər planına əsasən, qonaqlar əvvəlcə ATEF Sənaye Kompleksindəki zavodlar, tətbiq olunan texnologiya və keyfiyyətə nəzarət sistemi ilə tanış olublar. ATEF Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini Ramiz Rzayev ADY-nin İMB və Rabitə xidmətinin rəisi Ələddin Bayramova, Rabitə üzrə müavin Məzahir Səfərova və digər əməkdaşlara şirkətin fəaliyyət istiqamətləri barədə ətrafı məlumat verib.
Sədr müavini bildirib ki, ATEF daimi olaraq elmi-texniki axtarışdadır və hazırda şirkət strukturuna daxil olan 9 zavodda lazımı həcmdə və çeşiddə, xarici bazarda rəqabətə davamlı güc transformatorları, yüksək gərginlikli elektrotexniki avadanlıqlar, komplekt transformator məntəqələri, kontakt şəbəkə sistemi material və avadanlıqları, rabitə və siqnalizasiya sistemləri materialları, eləcə də dartı yarımstansiyaları avadanlıq və materialları daxil olmaqla üç minə yaxın adda məhsul istehsal etmək imkanına malikdir.
Şirkət rəsmisi ATEF-in son illərdə ölkəmizdə gedən inkişafa, xüsusilə də həyata keçirilən infrastruktur layihələrinin icrasına yaxından qatılaraq, özünün yeni növ məhsul və xidmətlərini təklif etdiyini diqqətə çatdırıb.
O, xüsusilə vurğulayıb ki, bu istiqamətdə aparılan işlərdən və öz texniki həllini tapan yeni növ məhsullardan biri də qatarların təhlükəsiz hərəkətini idarə edən intellektual idarəetmə sistemləri (Dəmir yolları Avtomatikası və Telemexanikası) adı altında “RWSx4 ATEF” markalı mikroprosessorlu bir sistemin yaradılaraq inkişaf etdirilməsidir. Bu sistem yetərincə böyük dərəcədə intellektual sistem olaraq bütövlükdə Azərbaycana aiddir, sistemin proqram təminatı heç bir xarici ölkədən asılı deyildir.
Daha sonra Yüksək Gərginliki Avadanlıqlar Zavodunda yaradılmış Təlim Mərkəzi ilə tanışlıq və idarəetmə sisteminin əyani nümayişi reallaşıb. Ardınca şirkətin baş ofisində “RWSx4 ATEF” markalı mikroprosessorlu sistemin təqdimatı olub. Tədbirdə iştirak edən baş mühəndis Nadir Kərimov, Elektrik təchizatı departamentinin rəisi Əsgər Əsgərzadə, şöbə müdiri Mixail Malinovski, departamentin mühəndisi Adil Əzimov, SCADA şöbəsinin rəisi Elbrus Abduləzimov və rabitə üzrə mühəndis Fərman Zeynalov ADY-nin mütəxəssislərinə ətraflı məlumat veriblər.
Bildirilib ki, əldə olunan nəticələrdə ADY ilə əməkdaşlığın mühüm rolu olub, istehsalatda əldə olunan nəticələr öz tədbiqini məhz ADY tərəfindən həyata keçirilən infrastruktur layihələrində tapıb.
ADY mütəxəssisləri ATEF-nin istehsalat sahəsi ilə tanışlıqdan və təqdimat mərasimindən məmnunluqlarını ifadə ediblər.
Yekunda yeni infrastruktur layihələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Komentáře