top of page
Search

ATEF Şirkətlər Qrupunun BP şirkətinin sifarişi əsasında hazırladığı 260MVA 330/33-33 güc transformatoru 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasına aparılaraq uğurla quraşdırılmışdır.

  • Writer: ATEF Group of Companies
    ATEF Group of Companies
  • Apr 1
  • 1 min read

ATEF Şirkətlər Qrupu BP şirkətinin sifarişi əsasında istehsal etdiyi 260MVA 330/33-33 güc transformatorunu uğurla çatdırıb və quraşdırıb. Bu transformator Azərbaycanın energetika sektorunda mühüm layihələrdən biri olan 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası üçün nəzərdə tutulub. Yarımstansiya ölkənin enerji təchizatının gücləndirilməsi və dayanıqlılığının artırılması baxımından strateji əhəmiyyət daşıyır.


Transformatorun istehsalı və quraşdırılması prosesi yüksək texniki standartlara uyğun həyata keçirilib. ATEF müasir texnologiyalardan istifadə edərək enerji sistemlərinin səmərəliliyini artıran və uzunmüddətli istismar müddətinə malik olan avadanlıqlar istehsal edir. Bu layihə çərçivəsində BP və ATEF-in əməkdaşlığı Azərbaycan enerji sektorunun inkişafına töhfə vermək məqsədi daşıyır.



 
 
 

Commenti


bottom of page