top of page

ATEF Şirkətlər Qrupu SPECA sərgisində təmsil olunub


ATEF Şirkətlər Qrupu Bakı Ekspo Mərkəzində keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə təmsil olunub.


Tədbirdə ATEF istehsalı üç avadanlıq - 95 MVA 165/13,8 kVblok tipli güc transformatoru, eləcə də RQZ(1)-110/1250 A tipli 110 kV-luq horizontal ayırıcı və AVS 35/1250 A tipli 35 kV-luq stasionar vakuum açarı nümayiş edilib.



Qeyd edək ki, SPECA-nın yaradılmasının 25 illiyi münasibəti ilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilib. Bakı Ekspo Mərkəzinin 4 min kvadrat metrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsulları nümunələri nümayiş olunub. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.



Comentarios


bottom of page